• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir- Həbib Mikayıllı

Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir-  Həbib Mikayıllı
04.11.2023 12:20
Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir. Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib. 

"Beynəxalq təşkilatlardan- BMT-dən, Qırmızı Xaç Komitəsindən bu istiqamətdə dəstək gözləyirik. Mina xəritələri var. Ermənistan sistemsiz şəkildə ərazilərimizi minalayıb. Bu prosesi hətta müharibədən sonra da davam etdirilib. 2021-ci ildən sonra Laçın yolundan minaların Qarabağa keçirilməsini həyata keçirib. Bu cür münasibəti olan ölkənin sülh istəməsi də bir az gülünc görünür. Bizim Qarabağda çoxlu mina qurbanlarımız olub. Hər bir mina partlaması Ermənistanın cinayətlərinin davam etməsidir. BMT-dən gözləntilərimiz var. Bu təşkilatın yüksək səviyyəli şəxslərini Qarabağda görmək istəyirik”, - Mikayıllı noyabrın 4-də Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə çıxışı zamanı bildirib.

Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri bildirib ki, Azərbaycan Qarabağa 7 milyarda yaxın pul xərcləyib.

"Minaların təmizlənməsində 90% prosesi təkbaşına həyata keçirik. Azərbaycanın su ehtiyatlarının 20%-ni Qarabağda su ehtiyatları təmin edir ki, onu da Ermənistan çirkləndirib. Nəzərə almaq lazımdır ki, Azərbaycan su qıtlığı olan ölkələr sırasındadır. Azərbaycan minaların təmizlənməsində artıq bir təcrübə var. Hesab edirəm ki, beynəlxalq təşkilatların dəstəyi bu sahəyə qoyulan investiya  olacaq”, - o əlavə edib.
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol