Yardım olunmasa, mina təmizənməsinə 1,5 milyard xərcləməliyik - DEPUTAT

Beynəxalq təşkilatlar minaların təmizlənməsində yardım etməsə, Azərbaycan bu prosesə 1,5 milyard pul xərcləməli olacaq. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
"Hazırda dünyada 110 milyona yaxın mina var. Azərbaycan isə ilk onluqdadır. Ölkəmizdə hazırda 1,5 milyon mina var. Biz bunun üçün 30 ilə yaxın iş görməliyik. Növbəti ildə bu prosesə 51 milyon ayırmışıq. Azərbaycana beynəlxalq təşkilatlar yardım etməsə, biz buna 1,5 milyard ayrımalıyıq”, - deputat t noyabrın 4-də Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə çıxışı zamanı bildirib.
Mirkişili vurğulayıb ki, bir minanın təmizlənməsi 300 -1500 dollara başa gəlir.
"Ərazilərin 1 il ərzində minalı qalması ölkə üçün 1 milyard itki deməkdir. Ermənistan sülh istəyirsə bunu nəzərə almalıdır. Xəritələri verməlidir. İnsanlar arasında xəbərdarlıq və təhsil səviyyəsini artırlmalıdır. Minalarla bağlı baş verən proseslər dərsliklərə salınmalıdır”, deputat əlavə edib.
www.anews.az

Millət vəkili qeyd edib ki, bu işdə beynəlxalq təşkilatlar günahkardır. O, təklif edib ki, müharibədə dəstək olmayan təşkilatlar heç olmasa minaların təmizlənməsində yardım etsin.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib