• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil eksperti məktəblərdə psixoloq sayının azlığının səbəblərini açıqlayıb

Təhsil eksperti məktəblərdə psixoloq sayının azlığının səbəblərini açıqlayıb
06.11.2023 16:46
Təcrübə psixoloq və sosial işçilərin sayının şagird və tələbələrə nisbətdə az olduğunu göstərir. Bunu Ailə,Qadın və Uşaq komitəsinin sədri Hicran Hüseynova deyib. 

"Televiziya və saytlarda tez-tez intihar və neqativ xəbərlərlə rastlaşırıq. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işləri də müsbət qiymətləndirmək olar. Təcrübə göstərir ki, məktəblərdə psixoloq və sosial işçilərin sayı şagird və tələbələrin sayı ilə nisbətdə çox azdır. Bu isə göstərilən psixoloji xidmətin keyfiyyətinə təsir edir. Buna görə də məktəb və digər təhsil müəssisələrində  psixoloq və sosial işçilərin ştat vahidinin artırılmasına ehtiyac var”, - komitə sədri Milli Məclisdə  İctimai birliklər və dini qurumlar, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
 
Təhsil məsələləri üzrə ekspert Elmin Nuri qeyd edir ki, məktəblərdə fəaliyyət göstərən pedaqoji-psixoloji təminatı həyata keçirən şəxslərin məvacibi onların qanunvericiliyə görə hüquq və vəzifələri ilə müqayisədə həddən artıq azdır.
 
"Bizdə bu sektor olduqca zəif inkişaf edib. Bu yazıldığı kimi olsa, məktəb direktoru bir çox hallarda məktəb direktoru psixoloqa hesabat verməlidir. Məktəb psixoloqlarının hüquq və vəzifə öhdəlikləri həddindən artıq genişdir. Bu əmək haqqı çox hallarda 500 manatdan çox olmur. Elə məktəblər var ki, məktəb psixoloqları 350 manata fəaliyyət göstərir. Belə olanda da onlar ya fərdi şəkildə, ya da hər hansı psixologiya mərkəzinin tabeliyində psixoloq kimi işləməyə gedəcək. Təbii ki, bu da problem yaradır, çünki onlar peşəkar psixoloqlar deyillər”, - o deyib.
 
Ekspert hesab edir ki, məktəblərdə 500 şagirdə 1 məktəb psixoloqunun düşməsi faydalı deyil.
 
"Bir neçə universitetdə təhsildə pedaqoji-psixoloji təminata məhsul şəxs ixtisası açılıb, buranı bitirənlər  el arasında deyilən məktəb psixoloqu adlanır.
Uşaq sayına görə, məktəblərə təyin olunan məktəb psixoloqlarının sayı azlıq təşkil edir. Çünki, qanunvericiliyə əsasən hər 500 uşağa 1 məktəb psixoloqu düşür. Məsələn məktəbdə 1200 uşaq varsa, bu zaman həmin məktəbə 2 ən yaxşı halda 3 məktəb psixoloqu ayrılır. Hər şeyi Bakı məktəbləri ilə götürməyək. Bölgələrimizdə elə məktəblər var ki, orda uşaq sayı nəyin ki, 500 heç 300 deyil. Belə məktəblərdə də qaydaya əsasən 1 psixoloq olmalıdır. Bu gün məktəblərdə olan məktəb psixoloqları özləri öz işlərini düzgün yerinə yetirirlərmi? Bunun üçün hər hansı şərait varmı? Bu prosedur necə tənzimlənir? Hansı manitorinqlər əsasında onların iş keyfiyyəti yoxlanır? Məncə, bu sual altındadır. Bu gün Bakı şəhəri üzrə Təhsil dairəsi məktəb psixoloqları üzərində xeyli işlər görür. Hazırda bir qrup psixoloq üçün seminarlar, təlimlər ediblər. Lakin məktəb psixoloqu ştatı regionlarda fəaliyyət göstərən məktəblərdə ümumiyyətlə yox dərəcəsindədir. Bir müddət bu ştat vahidi məktəbdə fiziki tərbiyə, texnologiya, təsviri-incəsənət, musiqi kimi fənləri tədris edən müəllimlərə həvalə edilirdi. Təbii ki, onlar qeyri-ixtisas müəllimidirlər və bu işi yaxşı yerinə yetirə bilməzdilər. Sonradan vəziyyət artıq düzəldi.
Bu gün məktəblərdə hər 500 uşağa 1 psixoloqun düşməsi o qədər də faydalı deyil. Buna görədə məktəb psixoloqlarının sayı artırılmalıdır. Nəzərə alsaq ki, hazırda məktəb psixoloqlar o qədər də inkişaf etmiş kadrlar deyillər, onlar 500 uşaqla necə bacarsınlar? Onların psixolojik təminatını necə həyata keçirsinlər?”, - o əlavə edib.
 
Ekspert təklif edir ki, məktəblərdə psixoloqlara ayrılan ştat yeri 2 dəfə artırılmalı, 200-250 uşaq sayına görə 1 psixoloq yeri açılmalıdır, təyin olunan psixoloqların peşəkarlıq göstəriciləri nəzəri-praktiki bacaraqları mütəmadi olaraq yoxlanmalıdır.
 
Onun sözlərinə görə, əgər məktəbdə məktəb psixoloqunun kabineti yoxdursa, onlar üçün ayrıca kabinet ayırmalıdır. 

Hazırda Azərbaycanda 4400 ümumtəhsil müəssisəsində 20 135 şagird təhsil alır. 
 
Bundan əvvəl açıq internetdə verilən statistikaya görə məktəblərdə təxminən 2500 psixoloq dərs deyir. 
 
İstiqamət: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aygün Mirakif 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol