AZAL Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin alışı ilə bağlı müraciət edib

Azərbaycanda noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq, AZAL reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir.
AZAL sərnişinlərin rahatlığına və seçiminə xüsusi önəm verir. Hazırda Bakıdan Naxçıvana və əks istiqamətdə gündəlik uçuşların sayı 6 reys təşkil edir.
Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.
"Azərbaycan Hava Yolları” www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























