Sabaha olan hava proqnozu açıqlanıb

Noyabrın 06-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























