Bölgələrdə dərs deyən universitet müəllimlərinin maaşları artırılmalıdır - Millət vəkili

Bölgələrdə dərs deyən universitet müəllimlərinin əməkhaqqlarının Bakıdakı universitet müəllimləri ilə eyni olmasına ehtiyac var. Bunu Milli Məclisin deputatı Məlahət Abbasova deyib.
"Eyni təhsil səviyyəsinə malik müəllimlər Bakıda başqa əməkhaqqı, bölgələrdə isə başqa əməkhaqqı alır. Bu məsələ diqqətdə saxlanılmalıdır. Başqa ölkələrdə bu cür layihələrdə bölgələr daha diqqətdə saxlanılır”, - deputat noyabrın 6-da Milli Məclisdə Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar suyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deyib.
Deputat həmçinin təklif edib ki, bölgələrdə gənclərə xərclənən layihələrin effektiliyini də araşdırmağa ehtiyac var.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























