"Azəriqaz" oğurlanan sayğaca görə vətəndaşdan pul tələb edir - İDDİA/Qanun nə deyir?

Bakı şəhər sakini oğurlanmış sayğac üçün ödəniş tələb edildiyinə görə, Azəriqaz İstehsalat Birliyindən şikayətçidir. Bu barədə o anews.az-a bildirib.
"2 il öncə mənzilimizin blokunda yerləşdirilmiş sayğac oğurlandı. Daha sonra bu barədə polisə məlumat verilib və oğurluq faktını təsdiqləyən arayış alınıb. ASAN kommunala təqdim edildikdən sonra yeni sayğac quraşdırıldı. Lakin bir neçə ay əvvəl, hadisənin üzərindən 2 il keçməsinə baxmayaraq Azəriqaz İstehsalat Birliyi çekə sayğacın ödənişini əlavə edərək borc kimi göndərib. Məsələ ilə bağlı onlara zəng etdik. Cavab olaraq bizə bildirdilər ki, polis oğurluq edən şəxsi tapa bilmədiyinə görə, sayğacın pulu ödənməlidir. Yəni belə çıxır ki, mənim sayğacımı kimsə oğurlayırsa, günahkar mənəm?”, - sakin şikayətində deyib.
"Əgər abonentin sayğacı onun nəzarətindən kənarda – yaşayış binasının blokunda yerləşdirilibsə, bir mənalı şəkildə vətəndaş onunla bağlı heç bir məsuliyyət daşımır. Bir sıra hündür mərtəbəli binalarda sayğaclar mənzillərin balkonlarında quraşdırılır. Belə olanda sayğacın təhlükəsizliyinə, onun mövcudluğuna bir başa məsuliyyət sakinin üzərindədir”, - o əlavə edib.
Onun sözlərinə görə, mənzildən kənar yerləşdirilmiş sayğacın oğurlanması halında borc bildirişində sayğacın ödənişinin də yazılması qəbuledilməz, yolverilməz haldır.
www.anews.az
Sakin iddia edir ki, mənzilinin blokundan 2 il öncə oğurlanmış sayğacın ödənişi tələb olunur.
"2 il öncə mənzilimizin blokunda yerləşdirilmiş sayğac oğurlandı. Daha sonra bu barədə polisə məlumat verilib və oğurluq faktını təsdiqləyən arayış alınıb. ASAN kommunala təqdim edildikdən sonra yeni sayğac quraşdırıldı. Lakin bir neçə ay əvvəl, hadisənin üzərindən 2 il keçməsinə baxmayaraq Azəriqaz İstehsalat Birliyi çekə sayğacın ödənişini əlavə edərək borc kimi göndərib. Məsələ ilə bağlı onlara zəng etdik. Cavab olaraq bizə bildirdilər ki, polis oğurluq edən şəxsi tapa bilmədiyinə görə, sayğacın pulu ödənməlidir. Yəni belə çıxır ki, mənim sayğacımı kimsə oğurlayırsa, günahkar mənəm?”, - sakin şikayətində deyib.
Hüquqşünas Ramil Süleymanov qeyd edir ki, blokda oğurlanan sayğaca görə vətəndaş məsuliyyət daşımır.
Onun sözlərinə görə, mənzildən kənar yerləşdirilmiş sayğacın oğurlanması halında borc bildirişində sayğacın ödənişinin də yazılması qəbuledilməz, yolverilməz haldır.
"Belə olan halda "Azəriqaz" digər dövlət qurumunun məhkəmə qarşısında çıxaracağı şəxsdən almalı olduğu halda, onu zərərçəkən vətəndaşdan almağı üstün tutur. Məsələn "X” bir şəxs məhsuliyyətə cəlb ediləndə Azəriqaz həmin cinayət işi üzrə zərərçəkən şəxs qismində tanınmalıdır və ona vurulmuş dövlət əmlakının o hissədə zərərinə görə "Azəriqaz" mülki iddiaçı qismində çıxış edib tutulan şəxsdən pulu tələb etməlidir. Amma "Azəriqaz" "ağıllıdır”, yolu dolanbac getmək əvəzinə bir başa atır vətəndaşın üstünə ki, məsələn sayğacın qiyməti 200 manatdırsa, vətəndaş o pulu ödəsin, daha sonra abonent özü sayğacı oğurlayan şəxsə qarşı çıxış etsin. Bu yol verilməzdir və qanunsuzdur”, - hüquqşünas bildirib.
Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyindən bildirilib ki, problem araşdırılıdıqdan sonra məlumat veriləcək.
ASAN Kommunalda "Azəriqaz" oğurlanmış sayğaclarla bağlı belə bir müddəa qeyd edib ki, oğurlanmış sayğacla bağlı Azəriqaz İB tərəfindən yeni qaz sayğacı quraşdırıldıqdan sonra istehlakçının ünvanından oğurlanmış (və ya itmiş) qaz sayğacının 3 (üç) ay müddətində hüquq mühafizə orqanları tərəfindən aparılmış tədqiqatın nəticəsində tapılması (və ya oğurluq faktl təsdiq olunmadıqda) mümkün olmadığı halda və ya sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarı təqdim edilmədikdə yeni quraşdırılmış sayğacın dəyərinin ödənişi istehlakçı tərəfindən təmin olunmalıdır.
Hüquqşünas Ramil Süleymanov isə bildirir ki, belə bir müddəanın olması hüquqi normalara ziddir.
"Axı vətəndaş hüquq-müdafiə orqanı deyil ki, 3 ay ərzində gedib kimisə tutsun. Oğrunu tapandan sonra belə ümumi prosesual müddət var. Adi cinayət işlənəndə 10-11 ay istintaq müddəti var. Bu absurd iddiadır, doğru iddia deyil", 0 bildirib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























