Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Azad olunan ərazilərdə oktyabrın 30-dan noyabrın 5-dək olan müddətdə 24 tank əleyhinə mina, 32 piyada əleyhinə mina, 649 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə qurumun "X” hesabında paylaşım edilib.
Bildirilib ki, 1536,9 hektar ərazi minadan təmizlənib.
Azərbaycanda 10 noyabr 2020-ci il tarixindən 3 noyabr 2023-cü ilə tarixinə qədər 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 107 mülki şəxs isə yaralanıb.
Bildirilib ki, bu dövr ərzində mina partlaması nəticəsində 15 hərbçi həlak olub, 164 hərbçi isə xəsarət alıb. Ümumilikdə 65 nəfər mina partlaması nəticəsində həlak olub, 271 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
1991-ci ildən indiyə kimi Azərbaycanın 3415 nəfər mina qurbanı olub. Onlardan 357 nəfəri uşaq və yeniyetmə, 38 nəfəri isə qadındır.
1991-ci ildən indiyə kimi Azərbaycanın 3415 nəfər mina qurbanı olub. Onlardan 357 nəfəri uşaq və yeniyetmə, 38 nəfəri isə qadındır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























