• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar 1 saat çox işləyəcək

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar 1 saat çox işləyəcək
06.11.2023 15:51
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar noyabrın 9-dan 10-na keçən gecə "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

Bunu  səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.

Onun sözlərinə görə, bununla bağlı quruma "Qarabağ Futbol Klubu" MMC Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) vasitəsi ilə metroya müraciət edib: "Müraciət deyilirdi ki, qarşılaşma gecə saatlarında başa çatacaq. Bunu nəzərə alaraq, noyabrın 9-dan 10-na keçən gecə metronun iş vaxtı 1 saat uzadılacaq. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gecə saatlarında arenadan çıxaraq metropolitenə daxil olacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər girişə açıq olacaq".

"Bundan əlavə, matça azarkeş marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. "Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq edilməklə, nəzarət mexanizmləri artırılacaq. Stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli tərtib olunacaq. Ehtiyat tədbirlər "28 May” və "Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Ümumilikdə, gün ərzində bütün stansiyalarda qatarlar payız-qış iş rejiminin istirahət günləri qrafikinə uyğun hərəkət edəcək. Günün müxtəlif vaxtları üçün sərnişin axınının intensivliyi nəzərə alınmaqla, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq”, - Məmmədov əlavə edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol