Vaqif Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Qafqazinfo saytı məlumat verib.
Bildirilib ki, o cəzasının 5 ilini həbsxanada, 10 ilini ciddi rejimli cəzaçəkmə müəssisəində çəkəcək.
Vaqif Xaçatryan Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və 107-ci (deportasiya və ya məcburi köçürmə) maddələri ilə ittiham olunur. Cinayət 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində erməni qanunsuz silahlı birləşmələri tərəfindən törədilib.
İyulun 29-da Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları beynəlxalq axtarışda olan Vaqif Xaçatryanı Xankəndinən Ermənistana gedərkən Laçın sərhəd buraxılış məntəqəsində saxlayıb.
Xaçatryan 1991-ci il dekabrın 22-də Xocavənd rayonunun Meşəli kəndində baş vermiş hadisələrlə bağlı açılmış cinayət işi çərçivəsində axtarışa verilmişdi.
İstintaqın məlumatına görə, Xaçatryan bu kəndə silahlı hücumu həyata keçirən erməni birləşmələrinin üzvü olub.
Ombusdman avqustun 3-də Vaqif Xaçatryanın vəziyyəti ilə maraqlanmaq üçün onunla görüşüb. Xaçatryan vəziyyətinin normal olduğunu deyib və saxlanma şəraitinə görə Azərbaycana təşəkkür edib.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib