Rabitəbank şəhid ailələrinə dəstəyini davam etdirir

Rabitəbank ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində şəhid ailələrinə dəstəyini davam etdirir. Belə ki, bank 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq, Şamaxı, Kürdəmir və Ağsu rayonlarında məskunlaşmış 100 şəhid ailəsinə ərzaq yardımı göstərib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və mərkəzi regional icra hakimiyyətləri orqanlarının dəstəyi ilə baş tutmuş yardım kampaniyasında bankın əməkdaşları da iştirak ediblər və şəhid ailələri ilə görüşərək söhbət ediblər.
"Rabitəbank" ASC Azərbaycanın 16 region və Bakı şəhərində 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























