Azərbaycan xüsusi təyinatlıları Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək

Azərbaycanın dəniz xüsusi təyinatlıları Türkiyədə "Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan "Doğu Akdeniz-2023” beynəlxalq təliminə qatılacaq.
Azərbaycan hərbçiləri artıq qardaş ölkədədir.www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























