• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəbdə şagirdlər arasında bəzi xəstəliklər aşkarlanıb

Bakıda məktəbdə şagirdlər arasında bəzi xəstəliklər aşkarlanıb
17.11.2023 11:59
Bakıda məktəbdə 16 şagirddə burun çəpərinin əyriliyi, burun qanaxması, həkim-cərrah 22 şagirddə skolioz, qamətin əyilməsi, dolixosiqma və yastıpəncəlik, həkim-pediatr bir neçə uşaqda vitamin çatışmazlığı və piylənmə xəstəliyi aşkarlanıb. Bu barədə "Report"a Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.

"Növbəti tədbir 201 saylı orta məktəbdə aparılıb. Müayinələr zamanı otorinolarinqoloq (LOR) 16 şagirddə burun çəpərinin əyriliyi, burun qanaxması, həkim-cərrah 22 şagirddə skolioz, qamətin əyilməsi, dolixosiqma (yoğun bağırsağın siqmavari hissəsinin anormal uzun olması) və yastıpəncəlik, həkim-pediatr bir neçə uşaqda vitamin çatışmazlığı və piylənmə aşkarlayıb. Habelə həkim-nevropatoloqun müayinəsi zamanı 2, həkim-stomatoloqun müayinəsi zamanı isə 45 şagirddə müxtəlif xəstəliklərin ilkin diaqnozu qoyulub. Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub", - məlumatda qeyd olunub.
 
Mərkəzin strukturuna daxil olan tibb müəssisələri uşaqların icbari dispanserizasiyasını davam etdirir. İcbari dispanserizasiya uşaqların mütəmadi olaraq tibbi müayinələrdən keçirilməsidir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol