2024-cü il Azərbaycanda üç peşə məktəbi tikiləcək - Rəsmi

2024-cü il Azərbaycanda üç peşə məktəbi tikiləcək ki, bunun üçün də 9 milyon vəsait xərclənəcək. Bunu Dövlət Məşğulluq Agentliyinin Maliyyə Departamentinin rəhbəri Yulya Pasternak deyib.
"Gələn il üçün peşə məktəbinin tikilməsi planlaşdırılır. Bunun üçün də bizə ayrılan büdcədən 9 milyon xərclənəcək. Peşə məktəblərinin Şəki, Masallı və Sabirabadda tikilməsi nəzərdə tutulub", - qurum rəsmisi noyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında söyləyib.
Yulya Pasternak vurğulayıb ki, hazırda Dövlət Məşğulluq Agentliyinin 120 yaxın özəl peşə məktəbi ilə bağlı tərəfdaşlığı var. Qurum rəsmisi hazırda bu sistemdə ciddi nəzarət olduğunu da açıqlayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























