Rəqabət Məcəlləsinin qəbulundan sonra müsbət nəticələr gözləyirik - Məmməd Abbasbəyli

Azərbacanda Rəqabət Məcəlləsi qəbul edildikdən sonra bu istiqamətdə kifayət qədər ciddi addımlar atılacağına ümid var. Bu barədə Report agentliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinə istinadan deyib.
"Məcəllə ilə bağlı həm sahibkarlar, həm jurnalistlər, həm də deputatlarla müzakirə aparılıb, kifayət qədər ictimai müzakirələr olub, maraqlı tərəflərin bütün suallarına cavab verilib. Modern, mütərəqqi bir qanunvericilikdir, 3 qanunun birləşməsi əsasında hazırlanmış, bugünkü iqtisadi münasibətlərin düzgün tənzimlənməsinə ən vacib və praktiki alətləri özündə ehtiva edən qanun toplusudur”, - o qeyd edib.
Sentyabrın 26-da Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda qanun layihəsi haqda Milli Məclisdə ictimai dinləmə keçirilib.Dinləmədə iqtisadi ekspertlər və deputatlar qanun layihəsi istiqamətində bir sıra təkliflər veriblər.
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.
Gülnar Nazimqızı
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























