• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur

“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
20.11.2023 17:54
"Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur.

"Nar” 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar Bakı, Lənkəran və Şəkidə təşkil olunan maarifləndirmə kampaniyasına qoşulub. "Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "AzerGold” QSC və "Nar”ın təşkilatçılığı ilə keçirilən kampaniya 300 şagirdi və ümumi ictimaiyyəti əhatə edib. Əsas məqsəd həmin regionlarda təhsil mühiti vasitəsilə məktəblilərin hüquqları barədə məlumatlılığının artırılmasıdır.

Təşəbbüs çərçivəsində Lənkəran və Şəkidə uşaqların problemlərinə dair sosial teatr tamaşaları nümayiş edilib və interaktiv müzakirələr keçirilib. Bakıda isə uşaqların da iştirakı ilə uşaq hüquqlarına dair Debat Forum təşkil edilib.

Qeyd edək ki, "Nar”-ın əsas Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətlərindən biri də elm və təhsilin inkişafına yönəlib. Mobil operatorun Ümumdünya Uşaq Hüquqları Gününün təşviqinə dəstəyi gənc nəslin sağlam inkişafı üçün sarsılmaz öhdəliyini vurğulayır. Bu çərçivədə "Nar”ın reallaşdırdığı KSM layihələri haqqında daha ətraflı: nar.az/projects
 
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol