Qanunsuz saxlanan odlu silahların müsadirəsi davam edir

Yardımlı rayonunun polis əməkdaşlrı tərəfindən torbanın içərisindən 1 ədəd "AKS-74U" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 2 ədəd əl qumbarası, 504 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq müsadirə edilib. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuatxidməti məlumat verib.
"Bundan əlavə, Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb", - məlumatda bildirilir.
Təhlükəsizlik və kriminalistika məsələlərini işıqlandıran müstəqil jurnalist Səxavət Məmməd hesab edir ki, əhalidən aşkarlanan çoxsaylı qanunsuz silahların əsas səbəbi müharibədir.
"Azərbaycan iki ağır müharibə keçib.
Birinci Qarabağ savaşı zamanı mülki əhaliyə silahlar
paylanmışdı və o silahların geri alınması məsələsinə indiki kimi ciddi nəzarət
etmək mümkün deyildi. Düzdür qaytaranlar
da var idi. Amma qaytarmayanların sayı çoxluq təşkil edir. Təbii ki
44 günlük müharibədə də, müharibədən
sonra da insanların əlinə silahlar keçib. Biz bunu Aərbaycan
ordusunun ermənilərdən qənimət olaraq əldə etdiyi silahların siyahısına baxanda
anladıq. Burda çox sadə bir şey var. Ölən erməni əsgərlərin və əldə
edilən silahların sayı arasında ciddi fərq var. Və əsas məsələlərdən biri də,
biz , ümumiyyətlə, erməni əsgərlərin üzərlərində olan silahların götürülməsi, o
silahların sayı ilə bağlı heç bir yerdə
informasiya görmədik. Əslində birinci problem elə bu idi. Minalarla yanaşı silahlar da axtarılmalıdır. Çünki silah elə bir şeydir ki, onu
gizlətmək çox asandır. Müharibə zamanı nə
vaxtsa geri qayıdanda qazıb çıxarsınlar deyə silahları klonkaya büküb torpaqda
gizlədənlər də az deyildi", - Məmməd bildirib.
Onun sözlərinə görə, Azərbaycana qanunsuz silahların əsasən İrandan gətirilir.
"Azərbaycan nə İrandır, nə də Əfqanıstan. Azərbaycanda
dövlət qurumları bu tip məsələlərə çox ciddi nəzarət edir. Ölkəmizdə silah
istehsal olunan zavodlar var və onların istehsal etdiyi silahlar konkret sayladır. O saylar konkret olaraq müvafiq dövlət qurumları və ya xarici
ölkələrə satılmaq üçün nəzərdə tutulub. Ölkəmizə silah yalnız qaçaq yolu ilə gətirilə
bilər. Fikrimcə, bu da yalnız İran üzərindən mümkündür’, - ekspert deyib.
Otən həftə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad
Hacıyev qanunsuz odlu silahların təhvil verilməsi ilə bağlı
xalqa çağırış edib.
Çiçək Sadatova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























