Minimum pensiya alanların statistikası açıqlanmır- Deputat

Minimum pensiya alanların statistikası açıqlanmır. Bunu deputat Etibar Əliyev deyib.
Deputat vurğulayıb ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirlər hissəsində hansı qurumların ödəniş etməsi ilə bağlı hesabat görünmür. Nəticədə bilmək olmur ki, iri şirkətlər fonda nə qədər töhvə verib.
Etibar Əliyev əliliyin təyin edilməsi ilə bağlı hələ də insan amili qalır.
"Əlililiyin verilməsi imtinaların səbəbləri açıqlanmır. Sadəcə müraciətlərin tələblərə cavab verilməməsi göstərilir. Bu məsələyə diqqət etmək vacibdir”, - deputat əlavə edib.
Deputat Musa Quliyev Etibar Əliyevə cavab olaraq bildirib ki, mimumum pensiya alanların statistikası var.
Deputat həmkarına irad olaraq söyləyib ki, çıxışı onun üçün yazan məlumatsızdır.
Etibar Əliyev də Musa Quliyevə irad bildirərək deyib ki, deputatın məsləhətçisi ola bilər. " Deputatın müxtəlif sahələr üzrə məsləhətsizi ola bilər. Amma bunu söyləməyin özü savadsızlıq və qərəzlilikdir. Tənqidi fikir səsləndirmişəm. Mənə kim çıxış yazır özüm bilərəm. Amma çıxışlarımızı özüm yazıram", - o əlavə edib
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























