Sabah bəzi rayonlarda qaz olmayacaq

Sabah Füzuli, Abşeron, həmçinin Bakının Qaradağ və Binəqədi rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, "Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş "Horadiz-Laçın” və "Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar noyabrın 22-də saat 08:00-dan "Fizuli-Horadiz” və "Füzuli Diaqnostika" ölçü qovşaqlarından, saat 09:00-dan "Qobu”, "Müşfiqabad”, "Aşağı Güzdək”, "Pirəkəşkül” və "Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























