• $
  • €
  • ₽
  • ₺
  • £

10 ayda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı bu qədər olub- STATİSTİKA

10 ayda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı bu qədər olub- STATİSTİKA
22.11.2023 11:55
2023-cü ilin on ayında 406 180 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bu ilin yanvar -oktyabı üzrə göstəricinin 63 516-sı (16 faizi) ilkin, 342 664-ü (84 faiz) isə təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 45 141-i fərdi yaşayış və bağ evi, 79 589-u mənzil, 271 939-u torpaq sahəsi, 2 660-ı qeyri-yaşayış binası, 6 163-ü qeyri-yaşayış sahəsi, 601-i əmlak kompleksi, 87-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 83 904-ü Bakının, qalanı isə bölgələrin payına düşür.

Son 1 ildə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 19,6 % artaraq 61 393 təşkil edib.

Cari ildə Azərbaycanda daşınmaz əmlak üzrə 39,093 ipoteka müqaviləsi imzalanıb ki, bu da ötən ilin eyni dövründən 14,6% çoxdur.

2023-cü ilin doqquz ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığorta yığımları 66 milyon 704 min manat təşkil edib, bu da  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 53.8% və ya 23 milyon 343 min manat çoxdur.

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılıb. Bu barədə Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
 
Aytac Zeynalova 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol