• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il həkimlər göstərdikləri xidmətə görə əlavələr ala bilər - Rəsmi

Gələn il həkimlər göstərdikləri xidmətə görə əlavələr ala bilər - Rəsmi
22.11.2023 13:43
2024-cü il həkimlərin göstərdikləri xidmətlərə görə daha çox əlavələr alacağı gözlənilir. Bunu  İcbari Tibbi Sığorta Haqları Uçotu şöbəsinin müdiri Səməd Səmədov deyib. 

"Gələn il tibb işçilərinin sabit əməkhaqqlarının artımı ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur.  Ölkə üzrə dövlət büdcəsində minimum əməkhaqqının artmama səbəbindən vahid tarif cədvəlinə uyğun artım gözlənilmir. Lakin, avqust ayında bizdə xidmət zərfinə təklif olunan xidmətlərin sayı çoxaldı, həm də həmin cari xidmətlərin qiymətində artım oldu. Bu səbəbdən gözlənilir ki, növbəti il də həkimlərimizin  göstərdikləri xidmətlərə görə daha çox əlavə alacaqlar" ,- o əlavə edib. 

Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Salahova qeyd edib ki, hər il xidmətlər bazasına dəyişikliklər olur və bu dəyişikliklər müəyyən statistik göstəricilərin, müraciətlərin əsasında aparılır.  

"Növbəti il də bu statistik göstəricilərin və əhalinin müraciətləri əsasında həyata keçiriləcək", - o qeyd edib. 

Tibbi Sığorta Haqları Uçotu şöbəsinin müdiri Səməd Səmədov bildirib ki, hazırda Azərbaycanda həkimlər arasında aylıq maksimum 24 500 manat əməkhaqqı (vahid cədvəl tarifi+aylıq sabit əlavə+bonus) alan həkim-ümumi cərrah, 12 700 manat alan oftalmoloq, 8 900 manat alan mama-ginekoloq, 6 750 manat alan radioloq var. 

Onun sözlərinə görə, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.
 
Aygün Mirakif 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol