Azərbaycanda tütündən istifadə edən qadınların sayında azalma var - Nazirlik rəsmisi

Azərbaycanda qadınlar arasında tütün məhsullarından istifadə halalrı 1% təşkil edir. Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiya şöbəsinin müdiri Laura Quliyeva deyib.
Onun sözlərinə görə, hazırda son statistik məlumata əsasən, Azərbaycanda 15 yaşdan yuxarı olan əhalinin 33% siqaretdən istifadə edir.
"Sevindirici haldır ki, Azərbaycanda qadınlar arasında tütün məhsullarından istifadə halları azdır. Bu rəqəm 1% təşkil edir", - Laura Quliyeva vurğulayıb.
"Sevindirici haldır ki, Azərbaycanda qadınlar arasında tütün məhsullarından istifadə halları azdır. Bu rəqəm 1% təşkil edir", - Laura Quliyeva vurğulayıb.
Nazirlik rəsmisi vurğulayıb ki, qapalı məkanlarda çəkilən siqaretlərin tüstüsü ürək xəstəlikləri riskini 25-30% artırır.
"Azərbaycanda tütün istifadə edənlərin sayında azalma müşahidə edilsə də hazırda dünyada istifadəçilərin sayı artmaqdadır. Hindistan tütün istifsdəsinə görə dünyada ikinci yerdədir. Hindistanda hazırda 106 milyondan çox aktiv tütün istifadəçisi var", - o, noyabrın 22-də "İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması" mövzusunda təlimdə çıxışında qeyd edib.
"İnsanlar bəzən düşünür ki, elektron siqaret istifadə etmək, tütündən daha zərərsizdir. Halbuki elektron siqaretlər digər tütün məhsullarından daha çox zərərlidir. Onların üzərində yazılan reklam lövhələrindəki yazılar tamamilə yalandır", - şöbə müdiri əlavə edib.
O bildirib ki, mütəxəssislərin araşdırmasına əsasən, zərərli vərdişi olanlarla müqayisədə sağlam həyat tərzi keçirən insanlar orta hesabla 17,9 il daha çox yaşayırlar.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























