ABŞ jurnalistlərin həbsi ilə bağlı Azərbaycana müraciət edib

ABŞ Abzasmedianın jurnalistlərinin həbsinə münasibət olaraq Azərbaycan hökumətini ölkədə hüquq və azadlıqlara hörmət etməyə çağırıb. Bu barədə Turan agentliyi yazıb.
Dövlət Departamenitinin sözçüsü Turanın Amerikadakı müxbirinə cavab olaraq bildirib ki, "Biz Ülvi Həsənlinin həbsi və onun həbsdə olan Sevinc Vaqifqızı və eyni zamanda mülki fəal olan Məhəmməd Kekalovun fiziki zorakılığa məruz qalması ilə bağlı xəbərlərdən dərin narahatıq".
"Biz Azərbaycan hökumətini bütün insanların hüquq və azadlıqlarına, o cümlədən ifadə azadlığına hörmət etməyə çağırırıq”, - Miller əlavə edib.
Noyabrın 20-də "Abzas Media”nın direktoru Ülvi Həsənli qaçaqmalçılıqda şübhəli bilinərək saxlanılıb. "Abzas Media”nın ofisində axtarış aparılıb, 40 min avro dəyərində pul dəlil kimi müsadirə edilib. Ona qarşı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığı nəzərdə tutan 206.3.2-ci maddəsilə ittiham irəli sürülüb.
Ülvi İsmayıldan bir gün sonra "Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana qayıdarkən Bakı hava limanında saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb. Bu barədə saxlanılan şəxslərin vəkilləri mediaya məlumat verib.

Hər iki jurnalist haqqında Xətai Rayon Məhkəməsi 4 aylıq həbs qərarı çıxarıb.
AbzasMedia 2014-cü ildən fəaliyyət göstərir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib