• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Agentliyi hava şəraitinin dəyişməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq edib

Dövlət Agentliyi hava şəraitinin dəyişməsi ilə əlaqədar gəmilərə xəbərdarlıq edib
22.11.2023 18:48

Sabahdan başlayaraq ölkə ərazisində havanın dəyişməsi ilə bağlı Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.

Bu barədə Dövlət Dəniz və Liman Agentliyi "APA-Economics”in sorğusuna cavab olaraq bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan DDLA-nin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olan kimi təhlil edilib və gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətində təlimatlandırılıb. Lövbərdə duran, hərəkətdə olan gəmilərə üç dildə azərbaycan, rus, ingilis dillərində rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb. Həmçinin, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb.

Hazırda Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir

Noyabrın 24-dək Xəzər Dəniz Akvatoriyasında başlayacaq şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Dalğanın hündürlüyünün isə 4.0-6.0 m.çatacağı gözlənilir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol