• $
  • €
  • ₽
  • ₺
  • £

Laçına növbəti 25 ailə köçürülüb

Laçına növbəti 25 ailə köçürülüb
23.11.2023 09:01
Noyabrın 23-də Laçının Zabux kəndinə 25 ailə olmaqla 91 nəfər köçürülüb. Bu barədə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Ailələr "Qobupark 3" yaşayış kompleksindən yola salınıb. Bununla da Laçına köçürülənlərin sayı 121 ailə olmaqla 475 nəfərə çatıb. 

Bir gün əvvəl noyabrın 22-də Laçına 21 ailə köçürülmüşdü. 
 
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın  dekabrın 1-də erməni silahlı qüvvələrinin işğalından azad olunub. 
 
Laçın 1992-ci il Ermənistan Ordusu tərəfindən işğal olunmuşdu. 
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin sonunadək 10 minə yaxın şəxsin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köçürülməsi nəzərdə tutlulub. 

Laçına 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuliyə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması gözlənilir.
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol