Bəzi restoranlar müştərilərdən çox məbləğdə depozit tələb edir - VİDEO

Bəzi restoranlarda sifariş verməzdən öncə müştərilərdən depozit alınır. Bu barədə Xəzərxəbər videosujetində qeyd olunub.
Sakinlər deyirlər ki, bəzən bu depozit fantastik rəqəmlərlə tələb olunur.
Hər restoranın özünə xas xərcləri də var ki, müəyyən hallara görə sahibkarlar depozit tətbiq etməyə məcbur qalırlar.
Turizm üzrə ekspert Rəhman Quliyevin fikrincə isə, depozit sadəcə xüsusi günlərdə alınmalıdır.
Ekspertin sözlərinə görə, digər günlərdə müştəridən xidmət görmədiyi halda öncədən ödəniş almaq düzgün deyil. Əslində isə depozit iki cür olur: qaytarılan və qaytarılmayan.
Rəhman Quliyev həmçinin qeyd edib ki, əksər restoranların depozit sistemi ilə çalışması turistlər tərəfindən də xoş qarşılanmır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























