• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB 4 yaşlı uşağın qızılcadan öldüyünü təsdiq edib - Yenilənib

TƏBİB 4 yaşlı uşağın qızılcadan öldüyünü təsdiq edib - Yenilənib
23.11.2023 15:47
TƏBİB Kürdəmirdə ölən uşağın qızılcadan ölməsini təsdiq edib və hadisənin xəstəxanaya qədər baş verdiyinı açıqlayıb. Bu barədə qurum anews.az-ın sorğusuna cavab olaraq bildirib. 

"Kürdəmir Rayonu Qağacılı kənd sakini 14.10.2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb. Oktyabrın 18-də yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək  3 gün sonra təkrar müayinəyə  dəvət olunub. Oktyabrın 21-də ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib,  həkim məsləhəti alıb. Oktyabrın 23-də saat 09:10-da xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər  ölüm təyin edilib.Meyit patoloji anatomik təşrihə verilib.Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub", - məlumatda deyilir. 
 
 
11:01
Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı yolda ölüb. Bu barədə Report məlumat yayıb. 
 
Bildirilib ki, bir həftəyə yaxındır qızılcaya yoluxan və qızdırması düşməyən, rayonun Qağacılı kənd sakini, dörd yaşlı Rüfət Roman oğlu Qəribli xəstəxanaya gətirilərkən ölüb. 
 
Baş Prokurorluq bununla bağlı hər hansı açıqlama yaymayıb. 
 
ÜST-ün son hesabatına görə, 2022-ci dünyada qızılca xəstəliyindən ölənlərin sayı 136 minə çatıb ki, bu da 2021-ci illə müqayisədə 43% çoxdur. 
 
Oktyabrın 17-də Səhiyyə Nazirliyi 2014-cü ildən bu yana Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş vermədiyinə görə ÜST-ün infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edildiyini qeyd edib.
 
Səhiyyə Nazirliyinin sentyabrda açıqladığı məlumatda ölkədə qızılcaya yoluxanların sayı 24 olduğu açıqlanıb. 
 
Gülnar 
 

 

 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol