• $
  • €
  • ₽
  • ₺
  • £

İctimai fəal Məhəmməd Kekalov vəkili Rövşanə Rəhimlidən imtina edib

İctimai fəal Məhəmməd Kekalov vəkili Rövşanə Rəhimlidən  imtina edib
23.11.2023 16:22
"Abzas Media"nın direktor müavini ictimai fəal Məhəmməd Kekalov vəkili Rövşanə Rahimlidən imtina edib. Bu barədə vəkil sosial  şəbəkə hesabında yazıb.

"Məhəmmədlə görüşdüm. Ona valideynlərinin mənimlə müqavilə bağladığını, onun vəkili olduğumu dedim. Lakin Məhəmməd məndən vəkil kimi imtina etdiyini bildirdi. O, artıq dövlət hesabına vəkili olduğunu dedi. Mən ona hüquqlarını izah etdim və bildirdim ki, sənin bir neçə vəkilin ola bilər. O isə qəbul etmədi. Görüşümüz müstəntiqin yanında baş tutdu. Üzərində hər hansı işgəncə izi görmədim. Vəkili olmadığım üçün çox suallar verib danışmaq imkanım olmadı. Diqqətimi çəkən Məhəmmədin həddindən artıq sakit olması idi. O, məni tanıdığı halda, vəkili olmağımdan imtina etdi.  Mən onunla təklikdə danışmaq üçün şərait yaradılmasını xahiş etdim, amma buna imkan verilmədi. Məhəmməd bildirdi ki, o, heç bir cinayət törətməyib və ayın 20-dən saxlanılıb. Dostlarına salam göndərdi”,- vəkil vurğulayıb.
 
İctimai fəal noyabrın 20-də hüquq-mühafizə orqanları tərəfindən "Abzas Media”nın işi ilə bağlı başlanmış cinayət işi üzrə polis tərəfindən tutularaq məsuliyyətə cəlb edilib.

"Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirləndirilərək həbs ediliblər.
 
Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsində AbzasMedia-nın redaktoru Sevinc Vaqıfqızı haqqında isə 3 ay 29 gün, medianın təsisçisi Ülvi Həsənliyə isə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Aytac Zeynalova


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol