DYP-dən paytaxt sakinlərinə XƏBƏRDARLIQ

SPECA sammiti ilə əlaqədar 2023-cü il noyabrın 23-25-də (cümə axşamı-şənbə) Bakıda əlamətdar hadisə - SPECA İdarəetmə Şurasının 18-ci sessiyası (BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı) sammiti çərçivəsində SPECA-nın dövlət və hökumət başçılarının iştirakı ilə beynəlxalq əhəmiyyətli tədbir keçiriləcək.
Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın sakinlərinə və qonaqlarına xəbərdarlıq edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, polis mayoru Araz Əsgərlinin verdiyi məlumata görə, tədbir Heydər Əliyev Mərkəzində və Bakı Konqres Mərkəzində, eləcə də xarici və xarici vətəndaşların əsas marşrut xətlərində keçiriləcək.
Qonaqların tədbir yerlərunə rahat və təhlükəsiz hərəkəti və bu prosesin idarə olunması üçün Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Həsənoğlu və Təbriz küçələrindən hərəkət zamanı müvəqqəti məhdudlaşmaları nəzərə almağı xahiş edirik”, - deyə Araz Əsgərli vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























