Məhəmməd Kekalov 4 ay müddətinə həbs edib

"Abzas Media”-nın direktor müavini Məhəmməd Kekalov 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Təqsirləndirilən ictimai fəal şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur.
Onun vəkili Rövşanə Rəhimova noyabrın 23-də Xətai rayon polis idarəsində ictimai fəal Məhəmməd Kekalovla görüşüb.
Vəkilin açıqlamasına görə, görüş müstəntiqin iştirakı ilə baş tutub.
İctimai fəal vəkili Rövşanə Rəhimovadan vəkilliyindən imtina etdiyini bildirmişdi.
Kekalovun ailəsi tərəfindən müdafiəyə cəlb edilən Rəhimova fəala bir neçə vəkilin olmasına imkan verən hüquqlarını izah edib. Lakin Kekalov imtinasını təkrarlayıb. Eyni zamanda o, cinayət törətmədiyini qeyd edib.
İctimai fəal noyabrın 20-də hüquq-mühafizə orqanları tərəfindən "Abzas Media”nın işi ilə bağlı başlanmış cinayət işi üzrə polis tərəfindən tutularaq məsuliyyətə cəlb edilib.
"Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirləndirilərək həbs ediliblər.
Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsində AbzasMedia-nın redaktoru Sevinc Vaqıfqızı haqqında isə 3 ay 29 gün, medianın təsisçisi Ülvi Həsənliyə isə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib