Azərbaycanda Hepatit A virusu ilə bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda Hepatit A virusu ilə bağlı vəziyyət stabildir. Bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
O bildirib ki, hazırda ölkədə vəziyyət nəzarətdədir.
"Ölkədə bir neçə regionda yoluxma var. Lakin bu, qeyri-adi hadisə deyil. Hepatat A virusu 3-4 ildən bir lokal alovlanmalar verə bilən xəsətlikdir. Hazırda vəziyyət stabildir”,- o bildirib.
Qarayevanın sözlərinə görə, Hepatit A virusu xəsətliyinin mənbəyi elə xəstə insandır. Ona qarşı Hepatit vaksin var. vaksin uzun illərdir istifadə edilir və təhlükəsizdir.
"İki dəfə vurulur. Birinci dozadan 6 və ya 12 ay sonra ikinci doza vurulur. Azərbaycanda Hepatit A virusunun vaksini 1 və 6 yaşadək uşaqların cədvəlində deyil. Yəni mütləq deyil, ehtiyac olsa, bu zaman vaksindən istifadə edə bilər. Hepatit A xəstəsi ilə təmasda olan şəxsə ən azı iki həftəlik müddətdə vaksin vurulmalıdır",- o bildirib
Ötən gün 6 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib və Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub. Xəstələrin müalicəsi davam etdirilir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























