• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Məhkəmə və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün seminar keçirilib

Ali Məhkəmə və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün seminar keçirilib
24.11.2023 17:08
Azərbaycan Respublikasının Ali Məhkəməsi və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə "MEDİAlab” layihəsi çərçivəsində "İfadə azadlığı: hüquqi təminatlar və demokratik cəmiyyətdə zəruri məhdudiyyətlər” mövzusunda seminar keçirilib.
 
Tələbələrin hüquqi maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Ali Məhkəmənin hakimləri, MEDİA-nın nümayəndələri və tələbələr iştirak ediblər.
 
Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Abiddin Hüseynov çıxışında fikir və söz azadlığının hüquqi cəmiyyətdəki rolundan danışaraq bildirib ki, mediadan şəxslərin qanunla qorunan mənafelərinə zidd sui-istifadə halı ifadə azadlığının təminatlarının zəifləməsinə səbəb ola bilər. Məhz bu baxımdan insan hüquqlarına dair beynəlxalq aktlarda, milli qanunlarda sözügedən azadlığın cəmiyyətdə zəruri hallarda məhdudlaşdırılması, eləcə də bu sahədə olan məhkəmə təcrübəsi diqqətə çatdırılıb.
 
Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Rəşad Abdulov isə tələbələrə ifadə azadlığının cinayət hüquqi aspektləri haqqında ətraflı məlumat verib, seminar iştirakçılarını böhtan və təhqir cinayət əməllərinin anlayışı, tövsifi və məhkəmə icraatı barədə məlumatlandırıb.
 
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol