Xankəndidə “AzStateNet” şəbəkəsinin qurulmasına hazırlıq gedir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xankəndi şəhərində "AzStateNet” şəbəkəsinin qurulmasına hazırlıq görür.
Bu barədə Dövlət Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev Milli Məclisin jurnalına verdiyi müsahibədə bildirib.
"İstər pandemiya dövründə, istərsə də bu gün ali dövlət qurumlarının videokonfrans formatlı görüşləri, qəbulları yüksək səviyyədə təşkil olunur. Ölkəmizdə keçirilən bir sıra dövlət əhəmiyyətli tədbirlərlə (Qoşulmama Hərəkatı, "TEKNOFEST Azərbaycan” festivalı, Bakı Marafonu, Qlobal Forum, Velosiped üzrə ölkə çempionatı, Gənclər və İdman Nazirliyinin Şuşada təşkil etdiyi "Wonderland” tədbiri, "Formula-1” yarışları) əlaqədar yaradılmış qərargahları zəruri texniki vasitələrlə təmin etmişik. Göstərilənləri nəzərə alaraq qeyd etmək istərdim ki, dövlət qurumlarına və strateji obyektlərə keyfiyyətli xüsusi rabitə xidmətlərinin təşkili və göstərilməsi, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi Xidmətin əsas vəzifələrindən biridir”, - deyə İlqar Musayev əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























