Kürdəmirdə 9 məktəbli qızılcaya yoluxduğu üçün xəstəxanaya yerləşdirilib

Kürdəmirdə 7 məktəbdə qızılcaya yoluxma halı aşkarlanıb. Bu barədə Report Mərkəzi Aran Regional Təhsil İdarəsinə istinadan məlumat yayıb.
Bldirilib ki, 9 nəfər xəstəxanaya yerləşdirilib.
"Qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb: "Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, 9 şagird hazırda stasionar şəraitdə müalicə alır, digər yoluxanların müalicəsi ambulator (ev şəraitində) şəraidı davam etdirilir, vəziyyətləri stabildir", - məlumatda deyilir.
Bundan əvvəl Kürdəmirdə qızılcaya yoluxan 4 yaşlı uşaq ölüb.
ÜST-ün son hesabatına görə, 2022-ci dünyada qızılca xəstəliyindən ölənlərin sayı 136 minə çatıb ki, bu da 2021-ci illə müqayisədə 43% çoxdur.
Oktyabrın 17-də Səhiyyə Nazirliyi 2014-cü ildən bu yana Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yerli yoluxma halları baş vermədiyinə görə ÜST-ün infeksiyaların ləğv edildiyi ölkələr siyahısına daxil edildiyini qeyd edib.
Səhiyyə Nazirliyinin sentyabrda açıqladığı məlumatda ölkədə qızılcaya yoluxanların sayı 24 olduğu açıqlanıb.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib