Bakı və Sumqayıtın havasında dəm qazının miqdarı normadan çox olub

Bakı və Sumqayıt şəhərlərində atmosfer havasında dispers toz hissəcikləri və dəm qazının miqdarı normadan çox olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.5, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə, bəzi saatlarda isə dəm qazının miqdarı 1.5-1.7 dəfə normadan yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz sinoprik vəziyyətlə əlaqədar lokal xarakterlidir və gecə saatlarına qədər davam edəcəyi gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























