Kanal 13-ün rəhbəri Əziz Orucovun şübhəli şəxs qismində tutulmasına qərar verilib

"Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi açılıb. Bu barədə Meydan TV-yə onun vəkili Bəhruz Bayramov müsahibəsində bildirib.
Vəkil qeyd edib ki, onun şübhəli şəxs qismində tutulmasına qərar verilib.
"Əziz Orucovun şəxsi evi yoxdur, qohumlarının evində yaşayır. Torpaq sahəsi alıb ki, özünə ev tiksin. O ərazidəki torpaq sahələrində yüzlərlə ev tikilib. Amma Əziz Orucov buna görə şübhəli şəxs qismində saxlanılır. Evində, ofisində axtarış aparılır. Qanuna görə 48 saat ərzində şübhəli şəxs qismində saxlanıla bilər. Bu müddətdə ya ona ittiham elan edilib, təqsirləndirilən şəxs qismində cəlb olunmalı, barəsində həbs və ya alternativ növdə qətimkan tədbiri seçilməlidir, ya da sərbəst buraxılmalıdır. Hətta təqsirləndirilən şəxs qismində cəlb olunsa belə, onun barəsində həbs qətimkan tədbiri seçilməsinə əsas yoxdur. Çünki yaşayış yeri məlumdur, qaçıb gizlənmək fikri də yoxdur. Cinayət Məcəlləsinin 188.2 maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir”, - vəkil əlavə edib.
Bu maddədə 3 ilə qədər azadlığın məhdudlaşdırılması (elektron qolbaqla hərəkət) və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Noyabrın 27-də Əziz Orucovun ailə üzvləri onun saxlanması barəsində məlumat verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























