• $
  • €
  • ₽
  • ₺
  • £

Polis olmaq istəyənlər imtahan verəcək

Polis olmaq istəyənlər imtahan verəcək
01.03.2014 22:11
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 2-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.“Qafqazinfo” xəbər verir ki, imtahan saat 10:00-da Bakı Slavyan Universitetinin binasında təşkil olunacaq və 3 saat ərzində aparılacaq. Sənədlərin qəbulu Daxili İşlər Nazirliyi tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 159 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 35 nəfəri hüquq istiqaməti, 124 nəfəri isə pedaqogika istiqaməti üzrə sənəd verib.Namizədlərə test imtahanında iştirak etmək üçün «İmtahana buraxılış vəsiqəsi» və «Yaddaş kitabçası» təqdim olunub. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Hüquq istiqaməti üzrə sənəd vermiş namizədlərə 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə təqdim olunacaq. Pedaqogika istiqaməti üzrə imtahanda 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual yaş psixologiyası, 20 sual isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq. Hər düzgün cavab 1 balla qiymətləndirilir.Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol