• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda istehlaka yararsız ət məhsulları aşkarlanıb

Lənkəranda istehlaka yararsız ət məhsulları aşkarlanıb
29.11.2023 11:24
Daxil olan məlumat əsasında Lənkəran şəhəri, 21-ci məhəllədə yerləşən, Yusifli Rəsul Nazim oğluna məxsus anbarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin anbarda istifadə müddəti bitmiş, etiket məlumatları və müşayiətedici sənədləri olmayan məhsullar aşkarlanıb:
Etiket məlumatları və müşayiətedici sənədləri olmayan;
Ümumi çəkisi 280 kq olan 28 qutu toyuq əti,
Ümumi çəkisi 30 kq olan 3 qutu toyuq ayağı,
Ümumi çəkisi 280 kq olan toyuq qanadı.
Müşayiətedici sənədləri olmayan;
Ümumi çəkisi 1640 kq olan 164 qutu ”Belarus” əmtəə nişanlı toyuq əti,
Ümumi çəkisi 144 kq olan 18 qutu "Paim File” əmtəə nişanlı toyuq filesi,
Ümumi çəkisi 80 kq olan 8 qutu "Lebro” əmtəə nişanlı toyuq əti,
Ümumi çəkisi 80 kq olan 8 qutu "Zümrüd” əmtəə nişanlı toyuq əti,
5.9 kq "Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq əti.
İstifadə müddəti bitmiş;
12.5 kq "Elle Vire” əmtəə nişanlı kərə yağı,
3 kq "Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq sub məhsulu.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində ümumi çəkisi 85.9 kq olan "Zümrüd " və "Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq əti məhsulunda nəmliyin kütlə payının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb, istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısı alınıb, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol