• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il ən çox terror aktı qeydə alınan ölkələr açıqlandı

Ötən il ən çox terror aktı qeydə alınan ölkələr açıqlandı
01.12.2023 12:24
2022-ci ildə dünyada müxtəlif terror aktlarının sayı 12% azalıb.

Bu barədə məlumat ABŞ Dövlət Departamentinin cümə axşamı açıqladığı terrorizmlə mübarizəyə dair son illik hesabatında verilib.

Bu araşdırmada ətraflı göstərildiyi kimi, keçən il Amerika hökuməti müxtəlif ölkələrdə 7 min 342 terror hadisəsi qeydə alıb. Terror hadisələri 21 min 943 nəfərin ölümünə səbəb olub. Eyni zamanda 12 min 470 nəfər yaralanıb, daha 4 min 508 nəfər qaçırılıb.

"2022-ci ildə 7 min 342 terror hadisəsi baş verib ki, bu da 2021-ci illə müqayisədə 12% azalma deməkdir”, - ABŞ Xarici İşlər Nazirliyi məlumat verib. Həmçinin, məlumata görə, 2021-ci illə müqayisədə ölənlərin sayında 7 faiz, yaralananların sayında 27 faiz, qaçırılanların sayında isə 20 faiz azalma qeydə alınıb.

Dövlət Departamentinin nəticələrinə görə, ötən il dünyada baş verən terror aktlarının 84,9%-i üç regionda - Qərbi Asiya, Cənub-qərbi Afrikada və Cənubi Asiyada həyata keçirilib.
Hesabatda bildirilib ki, ötən il ən çox terror aktı Konqo Demokratik Respublikası, Suriya, Nigeriya, Pakistan, Hindistan, İraq, Yəmən, Myanma, Burkina Faso və Somalidə qeydə alınıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol