Deputatlar "Dövlət ehtiyatları haqqında" qanuna əlavələr edilməsini təklif ediblər

"Dövlət ehtiyatları haqqında” qanun layihəsində ərzaq məhsulları məxfi olan stateji məhsullar siyahısından çıxarılmalıdır. Bunu deputat Vahid Əhmədov deyib.
Deputat Vüqar bayramov da təklif edib ki, qanunda özəl sektor üçün müəyyən stimullaşdırıcı tədbirlərin olması vacibdir.
"Başqa ölkələrdə oxşar mexanizmlər var. Hətta bəzi ölkələrdə sahibkar üçün güzəştlərdən istifadə etmək üçün yaşıl kart verilir. Qanunda bu istiqamətdə tədbirlərin qeyd olunması yaxşı nəticə verə bilər”, - deputat əlavə edib.
"Biz bunu müəyyən məhsullar üzrə edə bilirik. Məsələn elektrik enerjisi üzrə. Hesab edirəm qanunda stateji məhsullar üzrə bu norma göstərilməlidir”, - Hüseynov söyləyib.
Deputat Tahir Mirkişili bildirib ki, qənaətlə istifadə nəzərdə tutulsa da bunun hər hansı bir norması yoxdur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























