Cari ilin beş ayında İİV infeksiyasından qeydiyyata alınanaların sayı açıqlanıb

2023-cü ilin beş ayında Azərbaycanda 8202 nəfər Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyata alınıb. Bu barədə qurumun məlumatında deyilib.
"Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi vaxtdan cari ilin 5 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8202 İİV-lə yaşayan Azərbaycan vətəndaşı qeydiyyata alınıb. Onlardan 5704-ü kişi, 2498-i qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1972 nəfər, İİV infeksiyasından dünyasını dəyişmişlərin sayı isə 1191 nəfərdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülən ölkə vətəndaşlarından 36,7 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 52,5 faizində heteroseksual, 4,3 faizində homoseksual kontakt nəticəsində, 1,6 faizində anadan uşağa keçməklə, 0,01 faizində (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 4,9 faizində yoluxma yolu müəyyən edilməyib", - məlumatda qeyd olunub.
Hər il dekabrın 1-də qeyd olunan Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd olunur.
Ümümdünya Səhiyyə TƏşkilatı bildirib ki, əhəmiyyətli irəliləyişlərə baxmayaraq, İİV ictimai səhiyyənin aktual problemi olaraq qalır.
Qlobal miqyasda 9,2 milyon insanın müalicəyə çıxışı yoxdur, hər gün 1700 insan HİV ilə əlaqəli səbəblərdən ölür. Daha 3500 nəfər yoluxub, onların çoxu statusunu bilmir və ya müalicə almaq imkanı yoxdur.
Bundan əlavə, maliyyələşdirmə, kriminallaşma və "icma çempionlarının” rollarına təsir edən məhdudiyyətlər onların əldə etdikləri tərəqqiyə təsir edir və QİÇS-ə son qoymaq səylərini ləngidir.
Bir çox icmalar, o cümlədən kişilərlə cinsi əlaqədə olan kişilər, transgenderlər, seks işçiləri, narkotik maddələrdən istifadə edən insanlar və yeniyetmələr hələ də kritik profilaktika, müalicə və qayğı xidmətlərindən məhrumdur.
2022-ci ilin statistikasına görə dünyada 1,3 milyon insan HİV-ə yeni yoluxanlar siyahısındadır. 39 milyon insan hazırda bu xəstəliklə yaşayır. 630 min insan bu xəstəlikdən həyatını itirib.
Qlobal miqyasda 2022-ci ildə bütün yeni HİV infeksiyalarının 46%-i qadınlar və qızlar arasında olub.
2022-ci ildə hər həftə 4000 yeniyetmə qız və 15-24 yaş arası gənc qadın HİV-ə yoluxub.
2022-ci ildə aşağı və orta gəlirli ölkələrdə İİV proqramları üçün cəmi 20,8 milyard ABŞ dolları ayrılıb – 2021-ci ildən 2,6% az və 2025-ci ilə qədər tələb olunan 29,3 milyard ABŞ dollarından çox azdır.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























