• $
  • €
  • ₽
  • ₺
  • £

“Abzas Media”nın əməkdaşı 3 aylıq həbs olunub

“Abzas Media”nın əməkdaşı 3 aylıq həbs olunub
01.12.2023 14:24
Xətai Rayon Məhkəməsi "Abzas Media"nın əməkdaşı Nərgiz Abssalamova ilə bağlı 3 aylıq həbs qərarı verib. Bu barədə Report məlumat verib.  
 
Jurnalistə qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Bununla da "Abzas Media" nın həbs olunan əməkdaşlarının sayı 4-ə çatıb. 
 
Bundan əvvəl, qurumun direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov və baş redaktoru Sevinc Vaqifqızı eyni cinayət maddəsi ilə həbs olunublar. 
 
Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsində AbzasMedia-nın redaktoru Sevinc Vaqıfqızı haqqında isə 3 ay 29 gün, medianın təsisçisi Ülvi Həsənliyə isə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Bundan əvvəl ABŞ "Abzas Media"nın jurnalistlərinin həbsinə münasibət olaraq Azərbaycan hökumətini ölkədə hüquq və azadlıqlara hörmət etməyə çağırıb. 
 
Mətbuat Şurasının sədri Rəşad Məcid isə bildirib ki, "Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktor Sevinc Abbasovanın saxlanılması ilə bağlı prosesləri izləyir və istintaqın sonunda münasibət bildirəcək. 
 
AbzasMedia 2014-cü ildən fəaliyyət göstərir. 
 
Gülnar Nazimqızı 
 



Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol