195 saylı məktəbin ibtidai sinifləri distans təhsilə keçib

Qaradağın 195 saylı məktəbində ibtidai siniflər məktəbdə qızılcaya yoluxma halı aşkar edildiyindən distant təhsilə keçib. Bu barədə Bakı Təhsil İdarəsindən bildirilib.
"Şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil", - məlumatda deyilir.
Bundan əvvəl 195 saylə məktəbdə qızılcadan 10 yaşlı məktəblinin ölüm halı faktı qeydə alınıb.
Noyabrın 30-da elm və təhsil naziri jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib ki, hazırda rəsmi rəqəmlərə görə məktəblərdə 3 yoluxma faktı qeydə alınıb.
Nazir vurğulayıb ki, bu proses yaxından izlənilir. Ehtiyac yarandığı halda bəzi məktəblər və siniflər distans təhsilə keçə bilər.
Əmrullayev həmçinin valideynləri uşaqlara peyvənd etməyə çağırıb.
Hazırda Azərbaycanda 284 nəfər rəsmi olaraq qızılcaya yoluxmuş kimi qeydə alınıb.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























