Azərbaycandan Türkiyəyə humanitar yardım göndərilib

Azərbaycandan Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib.
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) həyata keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, bu gün göndərilən yardım havaların soyuması ilə əlaqədar zəlzələdən içərilərində azərbaycanlıların da olduğu zərərçəkmiş şəxslərə dəstək məqsədi daşıyır.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı növbəti humanitar yardıma görə Azərbaycana təşəkkür edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























