• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbçilərin stajı artılır - Narazılıq yarana bilərmi?/ Açıqlama

Hərbçilərin stajı artılır - Narazılıq yarana bilərmi?/ Açıqlama
01.12.2023 22:46
Hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması gözlənilir. Bunu deputat Ziyafət Əsgərov bildirib.
 
"Minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə əsasən qulluq stajına görə əlavənin faizinin də 50-dən 65-ə qaldırılması təklif olunur. Sənədə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da "Əmək pensiyaları haqqında” Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək”, - deputat noyabrın 30-da deputat Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında gündəliyə daxil edilmiş "Hərbi qulluqçuların statusu haqqında”, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, "Əmək pensiyaları haqqında” və "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.
 
Deputat Aydın Mirzəzadə bildirir ki, istənilən hərbçinin daha çox müddət xidmət etdikdən sonra təqaüdə çıxdıqda daha çox məvacib almasına şərait yaradır.
 
"Hərbçilər 20 ilinin müəyyən bir müddəti təhsil almaq və aşağı vəzifələrdə işləməklə gedir. Təcrübəli dövrdə onların pensiyaya getməsi yeni kadrların onları tam əvəz edə bilməməsinə gətirib çıxarır. 25 illikdə isə təcrübə ötürülür. Bununla yanaşı insanlara daha çox işləmək imkanı verilir. Pensiya çıxan 40 yaşlı insanların bir qismi işləmək istədiklərini bildirirlər. Tam təqaüdə çıxma müddəti 25 il nəzərdə tutulsa da, hərbçilərin 20 ilin tamamında təqaüdə çıxma hüququ vardır. Bu zaman onlar sonradan vaxtaşırı indeksiya aşağı olmaqla maaşlarının 50%-i qədər pensiya alırlar. 25 il hərbi xidmət çəkməklə maaşlarının 65%-ni və hər ilə görə əlavə 2% almaq imkanı qazanırlar. Yəni daha çox müddət xidmət etmək onların təqaüdə çıxdıqdan sonra böyük həcmdə təqaüd almasına şərait yaradır. Hərbçinin 20 və ya 25 yaşında təqaüdə çıxmaq seçimi onun özündədi, burada hər hansı məcburiyyət yoxdur. Bu yeniliklə bağlı bütün hərbçilər məlumatlar məlumatlandırılır və hansı seçimi etmələri onların ixtiyarındadır”, - deputat əlavə edib.
 
Adının anonim qalmasını istəyən hərbçi bildirir ki, bəzi hərbçilərə 25 il işləyib pensiyaya çıxmaq sərf etmir.
 
"Hərbçilər ömürlərinin ən mənalı illərini hərbiyə qurban verirlər. Kim istəyər ki, 5 il də artıq işləyib pensiya çıxsın. Bunun belə olmasını istəmərəm, elə 20 il işləyib yüksək pensiya ilə buraxsalar daha yaxşı olar”, - o deyib.
 
Hərbçinin sözlərinə görə, bəzi hərbçilərin 10-15 il stajı var, lakin onların liqotla (əlavə) birgə stajı 30-35 ilə bərbərdir.
 
"Müharibədən əvvəl ön cəbhədə, sərhədlərdə, yəni Qarabağ zonasında xidmət edən hərbçilərin aldıqları maaş 2 qatı hesablanırdı. Belə olan halda onların işlədikləri müddət də 2 qatı ilə götürülürdü. Məsələn, əgər o, 5 il xidmət edibsə, bu 10 ilə bərabər idi. Onun 15 il xidmət etməsi 30 il işləməyə bərabərdir. Bu vaxt 25 ildə pensiya çıxması ona sərf etmir. Onsuz 20 ildə çıxanda da 100%-lik pensiya alacaq. Bunun tək fərqi onun 5 il artıq işləməsi olacaq. Bəzi hərbçilər isə qazi statusu alıb, bədənində qəlpələr var, lakin hərbi xidmət davam edir. Bu onlar üçün də yaxşı hal deyil. Ümumiyyətlə hərbçilər arasındada buna yanaşma müsbət deyil. Onlar düşünür ki, 20 il yetərlidir və 5 il uzun müddətdir ”, - hərbçi qeyd edib.
 
Onun sözlərinə görə, bu qərar təkqatda çalışan hərbçilərə sərf edir.
 
"Mən hazırda təkqatda işlədiyimə görə mənə 25 il sərf edir. Çünki, 20 il işləyəndə 50%-lik pensiya ilə çıxırsansa, 25 il işləyib çıxanda 65%-nən pensiya ilə alırsan. Əgər 20 il işləmisən və 10 il də liqotun varsa, 80%-nən pensiyaya çıxırsan. Bu vaxt 5 il əlavə işləsə, 85%-nən pensiyaya çıxır”, - hərbçi bildirib.
 
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bu ordu quruculuğuna ziyan verəcək təklifdir.
 
"Bu kökündən yanlış yanaşmadır. Heç bir elmi əsaslandırılması olmayan təklifdi. Bu təklifi verən adamlar hərbidən uzaq adamlardır və hərbi qulluqçuların gələcəkdə yaxşı pensiya alması ilə əlaqələndirirlər. Onlar düşünsünlər ki, nə danışırlar. İnsan 5 il daha çox gecə-gündüz xidmət edəcək, səhəti daha da zəifləyəcək və qazandığı pulu da sağlamlığını bərpa etmək üçün sərf etməyə məcbur qalacaq. Ümumiyyətlə bu yanaşma gələcəkdə Azərbaycan ordusunda xidmət edəcək insanların sayının aşağı düşməsinə gətirib çıxaracaq. Hərbi spesifik, çox ağır bir sahədir. Hərbi kənd təsərrüfatı deyil, 24 saat vətənə xidmət deməkdir. Bunun çöl şəraiti var, səhrada təlimi, riski var, bunu stresi, əsəbi var. Bu cür insanlar necə işləyəcək? Onlar hərbidə olublarsa, bu qərəra gedərdilərmi, ümumiyyətlə getməliydilərmi?”, - o əlavə edib.
 
Ekspertin sözlərinə görə, bu təklif qüvvəyə mindikdən sonra hazırda hərbi xidmət edənlərə şamil oluna bilməz.
 
"Qanunlar ümumiyyətlə geriyə şamil olunmur. İnsanın vəziyyətini ağırlaşdıracaq hallar heç bir halda təsdiq oluna bilməz. Məsələn, mən hesablamışam ki, 20 il burda işləyəcəm sonra pensiya çıxacam, başqa işlə məşğul olacam. Başa düşürəm peşəkarlıq, prestij baxımından hardasa dövlət üçün lazımamsa, 1-2 il saxlaya bilərlər, yoxsa 5 il xidmət edib, adın da qoyaq ki, pensiya alacaqsan. Narahat olmasınlar hərbçilər 20 illə də pensiya çıxanda. Azərbaycanda olan minimum əməkhaqqı və yaxud pensiyalarla müqayisədə kifayət qədər məvacib alırlar”, - Cəfərov söyləyib.
 
Hərbi ekspert Abuzər Əbilov hesab edir, hərbçilərin pensiyaya çıxma müddətinin uzadılması utopik təklifdir.
 
"Qanunları Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi nəzdində yerləşən hüquqşünaslar qrupu ortaya atırlar. Çox gözəl bilirik ki, hərbi kontingentin xidməti çöllərdədir. Onlar hər zaman kazarma şəraitində olmurlar. Yaxın illərdə bizim gördüyümüz müharibələr, 30 illik torpaqlarımızın işğalı onları səngərdə yaşamağa, döyüş çölündə yaşamağa məcbur elədi. Hazırda pensiyaya çıxacaq hərbçilər də həmin dövrün insanlarıdır. Bu insanların sağlamlıq durumu, sosial şəraitləri o qədər yaxşıdır və təmin olunub ki, onları hələ 5 il də xidmətdə saxlamaq üçün hansısa qərarlar qəbul edilsin”, - o əlavə edib.
 
Ekspert bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi təkliflər qanunlar üzərində elədikləri rekonstruksiyalar həm əhaliyə, həm hərbi kontingentə böyük ziyan vurur.
 
"Qəbul olunan qərarların heç biri real görüntünü əks elətdirmir. Bütün bunların əks nəticəsi ondadır ki, bu qərarları təklif edən, qəbul edən şəxslərin ümumiyyətlə nə hərbi savadı var, nə hərbi xidmətdə olublar, nə də onların övladları, yaxınları hərbçi kimi xidmətdə olmayıb. Onların hərbi xidmət haqqında təsəvvürü yoxdu. Çox əfsuslar olsun ki, bu konstruksiyalar Milli Məclisə gedib çatır və həddindən artıq bu məsələlərə loyal olan, onlar üçün maraqsız olan deputatlar da bu təkliflərin həyata keçməsi üçün razılıq verirlər. Bunun nəticəsində insanların hərbi xidmətə marağı gedərək azalır, həm gənclər, həm hərbi xidmətə qatılmaq, hərbi məktəblərə getmək istəyənlər, ümumiyyətlə hərbini bir sənət kimi qəbul etmək istəyənlər arasında tamamilə həvəssizlik yaradır. Bu da bizim vətənimizin torpaqlarımızın, dövlətimizin gələcək təhlükəsizliyi üçün həddindən artıq narahatedici meyardı”, - Əbilov vurğulayıb.
 
İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 
Aygün Mirakif


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol