• $
  • €
  • ₽
  • ₺
  • £

Qardaşı Qubad İbadoğlunun vəziyyətinin pisləşdiyini bildirib

Qardaşı Qubad İbadoğlunun vəziyyətinin pisləşdiyini bildirib
01.12.2023 17:48
Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun səhhətindəə problemlər daha da ağırlaşıb. Bu barədə onun qardaşı Qabil Bayramov Turana gentliyinə müsahibəsindəə bildirib. 

"Qanda şəkərin səviyyəsi normallaşmır, baxmayaraq ki, ona çox yüksək dozada insulin təyin edilib. Londondakı həkimlər də xəbərdarlıq etmişdilər ki, insulinin dozasının yüksək olması onda aritmiya yarada bilər. Hazırda elədir. Onun ürək döyüntüsü dəqiqədə 100-dən aşağı düşmür”, - o deyib.
 
Qardaşı bildirib ki, vəziyyəti ağırlaşsa da onu xəstəxanaya köçürmürlər. 

"Bel ağrıları daha da şiddətlənib. Ona demişdilər ki, bu həftənin əvvəlindən fizioterapeya təyin edəcəklər. Ancaq elektroforez ilə kifayətləndilər ki, bu da kömək etmir”, - Bayramov sözlərinə davam edib
 
Bundan əvvəl Amnesty İnternational  Beynəlxalq Amnistiya Təşkilatının Tvitter hesabında məlumat verib ki, "Azərbaycan hakimiyyəti Qubadı dərhal və qeyd-şərtsiz azad etməli, ona təcili olaraq lazımi tibbi yardım göstərməlidir".
 
Noyabrın 16-da Qubad İbadoğlunun həbs müddəti daha 3 ay artırılıb. 
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
Gülnar Nazimqızı 


Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol