Məktəbli könüllü proqramına start verilir

Elm və
Təhsil Nazirliyinin dəstəyi ilə dekabrın 1-dən məktəblilərin sistemli şəkildə
könüllü fəaliyyətə cəlb olunmaları məqsədilə "Məktəbli könüllü” proqramına
start verilir.
Deputat Anar İsgəndərovun fikrincə, məktəblilər üçün könüllülük proqramı təşkil edilməsi təqdirəlayiq addımdır.
"Bu,
şagirdlərin əmək qabiliyyətlərini formalaşdırmaq üçün, onlara daha məsuliyyətli,
nizam-intizamlı olmağı öyrətmək üçün təqdirəlaiq, olduqca önəmli bir addımdır. Programın təklif etdiyi işlərin hər biri şagirdlərdə
müxtəlif faydalı vərdişlər formalaşdıracaq ki, bu da onların gələcək həyatına
müsbət təsir edən haldır. Bir var hardasa iki şagird dava eləsin, bir də var
birləşib bir ağac əksinlər. Aradakı fərq böyükdür." - deyə o bildirib.
Onun sözlərinə görə dünyanın bir çox ölkəsində
şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün təşkil edilən müxtəlif
proqramlar var.
Təhsil eksperti Elmin Nurinin fikrincə məktəblərimizdə
şagirdlərin sosiallaşma prosesi zəif gedir.
"Məktəb təkcə elm və təhsil verən qurum
deyil, həm də sosiallğı öyrədən insanı sosiallaşdıran bir yerdir. Dünyanın
çağdaş təhsil standartlarında təhsilin sosiallaşması çox vacib bir pradiqma
kimi önə çəkilir. Bu gün bizim məktəblərdə sosiallaşma çatışmır. Şagirdlər
yalnız dərslərini oxumaqla məşğuldur. İnkişaf birtərəfli gedir. Bu belə
olmamalıdır. Məktəb cəmiyyyətə hazır kadr şəxsiyyət təqdim etməlidir. Məktəbin
işi sadəcə şagirdi tərbiyə etmək deyil”, - deyə o bildirib.
Onun sözlərinə görə məktəbin öz nüfuzunu
geri qaytarmaq üçün bu tip layihələrə ehtiyacı var.
Məktəbli
könüllü”
proqramına
qoşulmaq
istəyən
şagirdlər
31 dekabradək
qeydiyyatdan keçməlidirlər.
Proqramın
tərəfdaşı
olmaq istəyən
məktəblər
isə [email protected] elektron poçt
ünvanı
vasitəsilə
müraciət
edə
bilərlər.
Çiçək Sadatova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























