Azərbaycana qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi monitorinqlər çərçivəsində elektron ticarət vasitəsilə istehlakçılara bioloji aktiv qida məhsulu kimi təqdim edilən "Samyun Wan” adlı kökəlmə üçün nəzərdə tutulan məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Nümunələrin sınaq nəticələrinə əsasən, "Samyun Wan” preparatlarının tərkibində bioloji aktiv qida məhsullarına xas olmayan və insan sağlamlığı üçün təhlükəli hesab olunan kənar kimyəvi maddə aşkar edilib.
Ölkəyə qanunsuz yollarla gətirilən "Samyun Wan” preparatı bioloji aktiv qida məhsulu deyil və Agentlik bu cür halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirir. Bioloji aktiv qida məhsullarının satışı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş müvafiq müşayiətedici sənədlərlə həyata keçirilir. Ona görə də, vətəndaşlardan xahiş olunur ki, satıcıdan bu məhsulları alarkən qida təhlükəsizliyi sertifikatını tələb etsinlər. Eyni zamanda hər hansı uyğunsuzluq müşahidə olunduqda bununla bağlı Agentliyin "1003” Çağrı Mərkəzinə məlumat versinlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























