• $
  • €
  • ₽
  • ₺
  • £

DYP sürücülərə xəbərdarlıq edib

DYP sürücülərə xəbərdarlıq edib
02.12.2023 14:38
Məcburi dayanma zamanı sürücülərin təhlükəsizlik qaydalarına riayət etməməsi, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində xüsusilə diqqət çəkir. Elə bir neçə gün əvvəl Bakı-Sumqayıt avtomobil yolunda iki nəfərin ölümü ilə nəticələnən qəza problemin nə qədər aktual olduğunu göstərir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı xəbərdarlıq mətnində bildirilib.  

"Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, məcburu dayanma zamanı mütləq qaydada zəruri təhlükəsizlik tədbirləri görülməli, o cümlədən qəza dayanma nişanı​ qurulmalı, qəza işıq siqnalı​ yandırılmalı, yaxud yanıb-sönən qırmızı​ işıq fənəri qoyulmalı, yol-nəqliyyat hadisəsi zamanı başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsi boşaldılmalıdır”, - mətndə qeyd edilib.
Mətndə həmçinin bildirilib ki, qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsin: "Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə qoyula bilər. Bunun üçün yanıb-sönən qırmızı işıqlı portativ fənərdən də istifadə edilə bilər”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol