• $
  • €
  • ₽
  • ₺
  • £

AzərTac 94 yaşını qeyd edir

AzərTac 94 yaşını qeyd edir
01.03.2014 14:22
Bu gün Azərbaycanın rəsmi dövlət informasiya agentliyi AzərTAc-ın 94 yaşı tamam olur. Ölkənin ən yaşlı media qurumu olan AzərTAc barədə bəzi məlumatları nəzərinizə çatdırırıq.Agentlik 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb.  Sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib.Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000 -ci il yanvarın 17-dən  Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.AzərTAc rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız və ərəb dillərində dəqiq və operativ informasiya yayır.AzərTAc Rusiyanın İTAR-TASS, Türkiyənin Anadolu Agentliyi, Çinin Sinxua, Rumıniyanın  Rompress, Ukraynanın Ukrinform, Bolqarıstanın BTA, İtaliyanın ANSA, İranın İRNA, eləcə də bir çox dövlətlərin informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.2013-cü ilin sentyabrından AzərTAc Avrasiyadakı informasiya agentliklərinin birləşdiyi OANA təşkilatında vitse-prezidentlik edir. Təşkilatın üzv dövlətlərinin milli informasiya agentlikləri rəhbərlərinin səsverməsi əsasında AzərTAc 2016-2019-cu illərdə bu beynəlxalq struktura sədrlik edəcək. AzərTAc-ın ABŞ, İngiltərə, Fransa, Almaniya, Avstriya, Latviya, Macarıstan, Ruiya, Ukrayna, Misir, Türkiy, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan, Rumıniya, İspaniya, İtaliya, İsveç, Çin və Yaponiyada, Azərbaycanın bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

AzərTAc foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. 

AzərTAC-a tanınmış jurnalist Aslan Aslanov rəhbərlik edir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol